Logo

UFAZ-da beynəlxalq konfrans keçiriləcək

16.12.2025 09:47 68 baxış
IMG

22-24 iyun 2026-cı il tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) “Rəqəmsal transformasiyalarda süni intellektin rolu 2026” (AIDT 2026) beynəlxalq konfransı keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan–Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Strasburq Universiteti (UNISTRA) və onun "iCube" Laboratoriyası, eləcə də Fransanın INSA Rouen Normandie Universiteti və onun LITIS Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində birgə təşkil olunur. 

AIDT 2026 rəqəmsal dövrdə süni intellektin real tətbiqləri, yeni elmi nailiyyətlər və innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparmaq məqsədilə aparıcı tədqiqatçı, mütəxəssis, strateji qərarverici və sənaye nümayəndələrini bir araya gətirəcək.

Konfransın veb-saytı -  https://aidt-26.ufaz.az/

 

 

Xəbər lenti