Logo

Kembric Universitetinin professoru Qərib Mürşüdov doğma məktəbdə olub

16.12.2025 10:00 40 baxış
IMG

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov Azərbaycana növbəti səfəri çərçivəsində bir sıra ali təhsil müəssisələrində olub, elmi mühazirələrlə çıxış edib, alim və tələbələrimizlə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, Şəmkir rayon Bəhlul Rüstəmov adına Dəllər Cəyir tam orta məktəbin məzunu olan Qərib Mürşüdov doğma məktəbə də baş çəkib.  

Professor Q.Mürşüdov təhsil müəssisəsinin müəllim və şagirdləri ilə görüşüb, tədris şəraiti ilə tanış olub.
 
Elmi-tədqiqatları ilə dünyada tanınan professor sosial media hesabında uşaqların dolğun suallarını cavablandırmaqdan zövq aldığını, onların daha müasir məktəbdə oxumağa layiq olduqlarını bildirib.

 


Xəbər lenti