Logo

Azərbaycan Kooperasiya Universitetinin 60 illiyinə həsr edilən konfrans keçirilib

08.12.2025 17:05 76 baxış
IMG

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin eləcə də vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsinin yad olunması ilə açıq elan olunub. 

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb.

Konfransda həmçinin Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, professor İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Kooperasiya Universitetinin fəxri professoru Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru Məsud Əfəndiyev, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələr və təlim - tərbiyə işləri üzrə prorektoru professor Aygün Quliyeva və digərləri çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən Azərbaycan Kooperasiya Universitetinin 60 illik, Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileyləri münasibətilə təhsildə və əməkdə səmərəli fəaliyyətlərinə görə hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
Konfrans fasilədən sonra 4 bölmə üzrə öz işini davam etdirib.

Xəbər lenti