Logo

BMU-da kibertəhdidlər və süni intellekt mövzusunda təlim keçirilib

08.12.2025 14:30 28 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün “Kibertəhdidlərin təkamülü və süni intellektlə gücləndirilmiş hücum modelləşdirilməsi” mövzusunda təlim təşkil olunub.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təlim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin baş mütəxəssisi Fərzəli Vəliyev tərəfindən aparılıb. O, süni intellektin kibertəhlükəsizlik mühitinə təsiri, hücum taktikalarını necə dəyişdiyi, habelə hücumların daha adaptiv və ağıllı formaya keçməsi barədə ətraflı məlumat verib. 

Praktiki hissədə isə süni intellekt tərəfindən optimallaşdırılan "brute-force" hücumu canlı simulyasiya olunub. Simulyasiyalar zamanı iştirakçılar hücum mexanizmlərinin real vaxtda necə işə düşdüyünü və müdafiə sistemlərinin reaksiyasını əyani müşahidə ediblər.  

Təlim müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb. 

Xəbər lenti