Logo

BDU Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Filologiya üzrə elm müsabiqəsi” elan edir

23.10.2025 08:47 76 baxış
IMG

Filologiya elmi sahəsində tədqiqat aparan Bakı Dövlət Universitetinin (BDU) magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edilir.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib. Müsabiqənin məqsədi filologiya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Xəbər lenti