Logo

MDU 20 tələbəyə birdəfəlik təqaüd ayırıb

15.09.2025 15:30 47 baxış
IMG

“2025/2026-cı tədris ilində Mingəçevir Dövlət Universitetinə (MDU) rekord sayda tələbə qəbul olunub”. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rektoru Anar Eminov sentyabrın 15-də universitetdə keçirilən “Bilik günü”ndə bildirib.

Universitetin inkişafından danışan rektor bildirib ki, cari tədris ilində bakalavriat səviyyəsi üzrə 1420, magistratura səviyyəsi üzrə 166, əlavə təhsil üzrə isə 102 nəfər olmaqla ümumilikdə 1688 nəfər MDU ailəsinə qoşulub. Qəbul imtahanlarında yüksək nəticə göstərən 20 tələbəyə isə universitetin Elmi Şurasının qərarı ilə birdəfəlik təqaüd ayrılıb.

Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələr mükafatlandırılıb. 2025/2026-cı tədris ilində MDU-ya 500-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələr universitetin Elmi Şurasının qərarı ilə mükafatla təltif olunublar. Cari tədris ilində MDU-ya qəbul olunmuş ən yüksək ballı tələbə 638.8 toplamışdır. 

Xəbər lenti