Logo

ADU-da “Arşın mal alan” tamaşası nümayiş olunacaq

21.05.2025 22:58 31 baxış
IMG

 

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrinin ifasında Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası- “Arşın mal alan” tamaşası nümayiş olunacaq.  
Bu barədə TƏHSİL.BİZ- ə  universitetdən məlumat verilib. Tamaşanın ideya müəllifi akademik, Xalq yazıçısı Kamal Abdulla, bədii rəhbəri Səadət Nəbiyeva, musiqi tərtibatı Sevinc Abdullayeva və Hüseyn Məhəmmədoğlu, xoreoqrafı Cəmilə Vəliyeva, rejissoru isə Əsmər Həbiblidir.  

Qeyd edək ki, tamaşa ingilis dilində təqdim olunacaq.  
 Əziz tələbə və müəllim heyəti, sizi 27 may 2025-ci il tarixində, saat 15:00-da universitetin əsas binasında baş tutacaq tamaşaya dəvət edirik.

Xəbər lenti