Logo

Nazir peşə təhsili mərkəzinin məzunu barədə paylaşım edib

21.05.2025 12:01 52 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin məzunu Toğrulun Dadaşzadənin uğur hekayəsi barədə öz sosial media hesabında paylaşım edib.
TƏHSİL.BİZ xəbər verir ki, Toğrul Dadaşzadə hazırda Ağdam Sənaye Parkında elektrik kimi fəaliyyət. O, Qarabağda həyata qayıdan infrastrukturun bir hissəsi olmağından qürur duyduğunu bildirir və uğuruna görə peşə təhsilinə borclu olduğunu deyir.

Nazir qeyd edib ki, bu hekayə təkcə bir gəncin şəxsi nailiyyəti deyil, eyni zamanda illərlə həsrətlə baxılan torpaqlarda həyata və ümidə qayıdışın simvoludur: "Böyük qayıdışla bərabər həmin ərazilərdə təhsil infrastrukturu da yenilənir, müasir və innovativ yanaşmalara əsaslanan təhsil müəssisələri fəaliyyətə başlayır".

Qeyd edək ki, Toğrul Dadaşzadə Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən 2024-cü ildə "Elektrik avadanlıqlarının quraşdırılması və istismarı" ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, mərkəzləşdirmə və bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində iştirak edir.

Xəbər lenti