Logo

Ömürboyu təhsildə Milli Kvalifikasiyalar Çərçivəsi

14.10.2024 12:05 247 baxış
IMG

11 oktyabrda ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşı Gülnar Tahirli tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllim-tələbə heyəti üçün Ömürboyu təhsildə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə məlumatlandırma sessiyası keçirilib.

İnfosessiya zamanı milli kvalifikasiya çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verilib. Eyni zamanda, AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və təsnifatı, müasir və ənənəvi kvalifikasiyaların fərqləri haqqında ətraflı müzakirə aparılıb.

İnfosessiya tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Xəbər lenti