Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

24.06.2024 21:31 153 baxış
IMG

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarları ilə birlikdə “Bioactivity, crystal and molecular structure of vanadyl (III) complex with N- salicyloyl - N' (3,5-ditertbutyl-2-hydroxy) benzylidene hydrazine” adlı məqaləsi xaricdə, yüksək impakt faktorlu (2,3 CA), nüfuzlu “Polyhedron” jurnalında çap olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Məqalədə qeyd olunur ki, N-salisiloil-N'- (3,5-ditertbutil-2-hidroksi) benziliden hidrazin (H3sahz) və onun VO(III) ilə kompleksi sintez edilib. [(VO)2(sahz)2(C2H5O)2(C2H5OH)] kompleksinin quruluşu, rentgenstruktur analizi, həmçinin İQ və elektron spektrləri, EPR spektri və s. tədqiq olunub. Tədqiq olunan VO(III) kompleksi vanadil oksigeni atomu vasitəsilə bir-birinə birləşmiş iki monomer kompleksdən ibarətdir. Monomer komplekslər koordinasiya xarakterinə görə bir-birindən fərqlənirlər. Hər iki vanadium kompleksi təhrif olunmuş oktaedrik quruluşa malikdir. Bu birləşmənin bioloji aktivliyi tədqiq edilib. Tədqiq olunan liqandın müxtəlif ferment zülallarına, o cümlədən asetilkolinesteraza (AChE), butilxolinesteraza (BChE) və α-qlikozidaza (α-Gly) fermentinə qarşı fəaliyyətləri müqayisə edilmişdir.

Yeni kompleksin α-Gly, AChE və BChE-yə qarşı ChE inhibitor fəaliyyəti Tao və Ellman metodları ilə müəyyənləşdirilib. Kompleksin BChE üçün 42.60μM, AChE üçün 91.43μM və α-qlikozidaza üçün 196.49μM IC50 dəyərlərinə malik olduğu göstərilib.

Xəbər lenti