Logo

Ge­ne­ral, yox­sa “özü­nə­məx­sus” cə­za üsul­la­rı olan qul­dur?

15.01.2023 14:33 366 baxış
IMG

Bol­şe­vik­lər Azər­bay­can­da ha­ki­miy­yə­ti si­lah gü­cü­nə de­vir­dik­lə­ri­nin bi­rin­ci gü­nün­dən öl­kə­də bü­tün rəh­bər və­zi­fə­lə­rə qey­ri-mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri­ni tə­yin et­di­lər. On­la­rın ara­sın­da rus­lar, er­mə­ni­lər və yə­hu­di­lər üs­tün­lük təş­kil edir­di.

“Le­nin-Sta­lin si­ya­sə­ti­ni hə­ya­ta ke­ci­rən, Azər­bay­can­da Şu­ra hö­ku­mə­ti­ni qu­ran bu “rəh­bər”lə­rin bö­yük ək­sə­riy­yə­ti Azər­bay­ca­na və azər­bay­can­lı­la­ra nif­rə­ti olan “kadr”lar idi. (Mə­sə­lən, Azər­bay­can K (b) P MK-nin I ka­ti­bi olan Ser­gey Mi­ro­no­viç Ki­rov, “Azər­neft”in ilk rəi­si Alek­san­dır Pav­lo­viç Se­reb­rovs­ki, Föv­qə­la­də Ko­mis­si­ya­nın (ÇK) ilk səd­ri Sem­yon And­re­ye­viç Pank­ra­tov və on­lar­la, yüz­lər­lə baş­qa­la­rı­nın ad­la­rı­nı çək­mək olar).

Xü­su­sən də 1920-ci ilin ap­rel iş­ğa­lın­dan son­ra adı də­yiş­di­ri­lib Föv­qə­la­də Ko­mis­si­ya (ÇK), da­ha son­ra Da­xi­li İş­lər Xalq Ko­mi­sar­lı­ğı (NKVD) nə­ha­yət Döv­lət Təh­lü­kə­siz­lik Ko­mi­tə­si (KQB) ad­lan­dı­rı­lan, xal­qı­nın təh­lü­kə­siz­li­yi­ni “tə­min” edən bu “ida­rə”nin, (əs­lin­də qan­ça­na­ğı­nın) 1950-ci ilin son­la­rı­na ki­mi Azər­bay­ca­na və azər­bay­can­lı­la­ra ya­şat­dı­ğı ağ­rı­lar, acı­lar əsr­lər be­lə gə­lib keç­sə yad­dan çıx­ma­ya­caq. Odur ki, bu “təh­lü­kə”siz or­qan xal­qın yad­da­şı­na qor­xunc, dəh­şət­li “ölüm ka­bus”unu xa­tır­la­dan qan­ça­na­ğı ki­mi hop­du...

Əsa­sən də 1930-1950-ci il­lər­də azər­bay­can­lı­la­rı “dən ki­mi üyü­dən” bu qan­ça­na­ğı­na “rəh­bər”lik edən­lə­rin ək­sə­riy­yə­ti mil­liy­yət­cə rus­lar olub. On­lar­dan bi­ri də “1939-cu ilin fev­ra­lın­dan, 1953-cü ilin av­qus­tu­na ki­mi Döv­lət Təh­lü­kə­siz­lik Ko­mi­tə­si­nə rəh­bər­lik edən” Ste­pan Fe­de­ro­viç Ye­mel­ya­nov idi. “Ye­mel­ya­nov azər­bay­can­lı­la­rı heç sev­məz­di. Azər­bay­can­lı­la­ra pis­lik et­mək­dən san­ki zövq alar­dı, min­lər­lə azər­bay­can­lı zi­ya­lı­sı­nı həb­sə məh­kum edə­rək, ya sor­ğu­suz-su­al­sız gül­lə­lə­dər, ya da Uzaq Sib­rə sür­gün edər­di”.

S.F.Ye­mel­ya­nov tə­sa­dü­fən bu bö­yük və­zi­fə­yə qo­yulma­mış­dır. Əs­lin­də Mər­kəz­dən qan­ça­na­ğı­na gön­də­ri­lən­lə­rin hər bi­ri “an­tia­zər­bay­can” ru­hun­da “kök­lən­miş kadr”lar (elə öz mil­lə­ti­miz­dən olan­lar da. Mə­sə­lən, Ba­ba Əli­yev, Mir Cə­fər Ba­ğı­rov və baş­qa­la­rı) idi. Ço­xu­nun, o cüm­lə­dən Ye­mel­ya­no­vun mü­kəm­məl təh­si­li də yox idi.

“1902-ci il­də Ta­ta­rıs­tan Res­pub­li­ka­sı­nın Ta­ka­niş ra­yo­nu­nun Taş­li­yar kən­din­də ana­dan olan Ste­pan mil­liy­yət­cə rus olub. 1915-ci il­də adi kənd mək­tə­bin də təh­si­li­ni ba­şa vu­ran Ste­pan “1919-23-cü il­lər­də tex­ni­ki pe­şə mək­tə­bin­də təh­si­li­ni da­vam et­di­rir”. 1925-ci il­də Ba­kı­ya gə­lir və “Az­neft”in ok­si­gen-kar­bit za­vo­dun­da işə gi­rir. Çə­mi üç il son­ra “Azər­bay­can Res­pub­li­ka­sı Əd­liy­yə Xalq Ko­mis­sarlı­ğı­nın məh­kə­mə­sin­də işə baş­la­yan S.F.Ye­mel­ya­nov az vax­ta Ba­kı Bir­ləş­miş Məh­kə­mə­sin də xalq ha­ki­mi və­zi­fə­si­nə “uca­lır”. Həm qə­ri­bə, həm də ma­raq­lı­dır. Heç bir hü­quq təh­si­li ol­ma­yan Ste­pan xalq ha­ki­mi (!) iş­lə­yir. “1931-36-cı il­lər­də Ba­kı Sə­na­ye İns­ti­tu­tun­da “təh­sil alan” “xalq ha­kim”i bir­ba­şa Azər­bay­can Döv­lət Təh­lü­kə­siz­lik Na­zir­li­yi­nə işə də­vət alır. Üç il bu­ra­da ça­lı­şan S.F.Ye­mel­ya­nov bir­ba­şa Mər­kə­zin “xe­yir-dua­sı” ilə “1939-cu ilin fev­ra­lın­dan olur Azər­bay­can Döv­lət Təh­lü­kə­siz­li­yi Na­zi­ri”.

Hər gün on­lar­la azər­bay­can­lı­dan “xalq düş­mə­ni”, “və­tən xai­ni” “kəşf edən” Ye­mel­ya­nov “düş­mən” ailə­nin baş­cı­sı­nı həbs et­di­rir, ar­va­dı­nı sür­gü­nə, uşaq­la­rı­nı isə ye­tim­xa­na­ya gön­də­rir, əm­la­kı­nı mü­sa­di­rə et­di­rə­rək, “mən­zi­lin­də öz din­qar­daş­la­rı­nı” yer­ləş­di­rir­di. Məh­bus­la­rın ək­sə­riy­yə­ti­ni öz ota­ğı­na gə­tiz­di­rən, şal­laq­la­yan, ələ sa­lan, məs­xə­rə­yə qo­yan, ge­ne­ral Ye­mel­ya­no­vun öz xü­su­si cə­za üsul­la­rı da var idi. Çox əza­zil və qor­xunc idi. Heç kə­si sa­ya sal­maz­dı. Onun sə­si eşi­di­lən­də nə­yin­ki məh­bus­lar, hət­ta nə­za­rət­çi­lər zar-zar ağ­la­yır­dı”.

S.F.Ye­mel­ya­no­vun Azər­bay­can Döv­lət Təh­lü­kə­siz­li­yində­ki “Ya­rım Al­lah”lı­ğı 1953-cü ilin av­qus­tu­na ki­mi da­vam edir. “1956-cı il­də S.F.Ye­mel­ya­nov əm­la­kı mü­sa­di­rə olun­maq­la, cə­za­sı­nı is­lah-əmək dü­şər­gə­sin­də çək­mək­lə 25 il müd­də­ti­nə azad­lıq­dan məh­rum edi­lir”.

S.F.Ye­mel­ya­no­vun məh­kə­mə pro­se­si Ba­kı­da Dzer­jins­ki adı­na ku­lub­da (son­ra­lar Şəh­ri­yar ku­lub ad­lan­dı­rıl­dı) M.C.Ba­ğı­ro­vun mü­ha­ki­mə­si­lə bir­lik­də ke­çi­ri­lib. Məh­kə­mə pro­se­sin­də şəx­sən iş­ti­rak edən qo­ca­man ya­zar Ma­naf Sü­ley­man­lı ya­zır­dı: “...mü­ha­ki­mə vax­tı özü­nü ən mis­kin, ən qor­xaq apa­ran­lar­dan bi­ri də Ye­mel­ya­nov idi. Tez-tez ağ­la­yır­dı. Mil­liy­yət­cə rus ol­du­ğu­na gö­rə mü­əy­yən gü­zəş­tə ümid bəs­lə­yir­di. Ye­mel­ya­nov özü­nü çox iy­rənc apa­rır­dı”.

1960-cı il­də S.F.Ye­mel­ya­nov MK-nin ka­ti­bi Və­li Axundo­va mək­tub ya­za­raq şi­ka­yət­lə­nir ki, “onu na­haq­dan tu­tub­lar, heç bir gü­na­hı yox­dur!”. Yə­qin ki, Ye­mel­ya­nov bu söz­lə­ri ya­zan­da yüz­lər­lə evi­ni-eşi­yi­ni da­ğıt­dı­ğı, oca­ğı­nı son­dür­dü­yü, öv­lad­la­rı­nı ye­tim­xa­na­ya ver­di­yi, ota­ğın­da “özü­nə­məx­sus” çə­za ve­rər­kən lə­zət al­dı­ğı məh­bus­la­rın ah-na­lə­si­ni unu­dub. Ya­şat­dıq­la­rı­nı 15 il “ya­şa­yan” S.F.Ye­melya­nov 1970-ci ilin ma­yın da əfv olur və 1988-ci ilin 12 yan­va­rın­da, (do­ğum gü­nü) 86 ya­şın­da Ba­kı­da və­fat edir. Ma­raq­lı­dır, Ye­mel­ya­nov həbs­dən son­ra Ba­kı­da ya­şa­dı­ğı bu 18 il ər­zin­də nə üz­lə, dai­ma nif­rət bəs­lə­di­yi, oca­ğı­nı da­ğıtdı­ğı azər­bay­can­lı­la­rın üzü­nə çıx­­dı­­?

Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti