Logo

Yük qatarı məktəb avtobusuna çırpılıb

06.12.2022 16:39 291 baxış
IMG

Rusiyada yük qatarı keçiddə “Ford Transit” markalı məktəb avtobusuna çırpılıb.

Tehsil.biz xəbər verir ki, Vladimir vilayətinin Kirjaç şəhərində baş verən insident  barədə vilayətin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İlkin məlumata görə, avtomobilin sürücüsü svetoforun və simosforun qadağanedici siqnallarına qarşı çıxıb və nəticədə qatarla toqquşma baş verib”, - nazirliyin məlumatında deyilir.

Qeyd olunur ki, qəza zamanı avtomobildə sərnişin olub. Fotoya görə, avtomobilin kuzovunun sağ tərəfi zədələnib. Qəzaya nəyin səbəb olduğu barədə Dövlət Yol Müfəttişliyi əməkdaşları müəyyən edirlər.

Xəbər lenti