Logo

Türkiyədə məktəbli avtobusu qəzaya uğrayıb

05.12.2025 12:13 28 baxış
IMG

Türkiyənin Afyonqarahisar vilayətinin Bolvadin rayonunda məktəbliləri daşıyan servis avtomobili ilə pikapın toqquşması nəticəsində 14 nəfər yaralanıb.

TƏHSİL.BİZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eski bələdiyyə qovşağında baş verib. Hələlik sürücüləri və dövlət nömrə nişanları müəyyən edilməyən hər iki nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəzada 14 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və yanğınsöndürmə xidmətləri cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Xəbər lenti