Logo

“Peşə seçimi” testləri: ilk imtahan dekabrın 10-da keçiriləcək

05.12.2025 12:08 24 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən faydalanma imkanı təqdim edir.

DİM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət üç əsas istiqaməti - təfəkkür növləri üzrə testi, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testini əhatə edir. Testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. İştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

Xəbər lenti