Logo

Silvia Ferraris: İtaliya-Azərbaycan Universiteti birgə təşəbbüsün nəticəsidir

06.11.2025 09:10 66 baxış
IMG

“Mən Azərbaycan və İtaliya arasında çox dəyərli bir əməkdaşlığı təmsil edirəm. İtaliya-Azərbaycan Universiteti beş il əvvəl hər iki ölkənin prezidentləri tərəfindən irəli sürülmüş bir təşəbbüsün nəticəsidir”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu ADA Universitetinin Memarlıq fakültəsinin dekanı Silvia Ferraris ADA Universitetində keçirilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib.

Dekanın sözlərinə görə, layihə çərçivəsində İtaliyanın bir neçə universiteti ilə əməkdaşlıq qurulub:

“Bu əməkdaşlıqda bir neçə İtaliya universiteti iştirak edir, lakin mən Milan Politexnik Universitetini təmsil edirəm. Biz layihə yönümlü ixtisaslar – memarlıq, şəhərsalma, dizayn və bu sahələrin müxtəlif alt istiqamətləri üzrə tərəfdaşıq”.

Xəbər lenti