İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin "Bərbər" ixtisası üzrə istehsalat təlimi ustası Həyat Babayeva və mərkəzin məzunu Könül Bədəlova, Antalyada keçirilən beynəlxalq “International Hair Fest 2025” müsabiqəsində 1-ci yerə layiq görülüblər.
TƏHSİL.BİZ xəbər verir ki, festivalda həmçinin Almaniya və Orta Asiya ölkələrindən mütəxəssislər iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.