Logo

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

08.07.2025 20:50 94 baxış
IMG

Təhsil və sənaye sahələrində universitet-sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə İstehsalat Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 

TƏHSİL.BİZ xəbər verir ki, memorandumu MDU-nun rektoru Anar Eminov və "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov imzalayıb. 

Memorandumun məqsədi elmi biliklərlə istehsalat təcrübəsinin sintezini təmin etmək, ölkənin sənaye potensialına töhfə verə biləcək peşəkar kadrların hazırlanmasını, innovasiya fəaliyyətinin inkişafını və qarşılıqlı resurs mübadiləsini təmin etməkdir. 

Memoranduma əsasən, MDU-nun “Sənaye mühəndisliyi”, “Energetika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə tədris proqramları təkmilləşdiriləcək. Həmin ixtisaslarda təhsil alan tələbələrin istehsalat təcrübəsi və dərslərin praktiki hissəsi “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Müəssisəsində keçiriləcək. Magistrlərin dissertasiya mövzuları müəssisənin real istehsalat problemlərinə həsr olunacaq. Müvafiq istiqamətlər üzrə magistraturaya yüksək nəticələrlə qəbul olan məzunlar müəssisə tərəfindən işlə təmin ediləcəklər.

Xəbər lenti