Logo

ADAU-da elmi-nəzəri konfrans: “Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvətidir”

13.05.2025 16:30 83 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” adlı elmi nəzəri-konfrans keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov bildirib ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov vurğulayıb ki, müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində özünəməxsus xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev xalqa, Vətənə olan sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Diqqətə çatdırılıb ki, nə qədər Azərbaycan var, Ulu Öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq və ölkəmizə miras qoyduğu siyasət daim ölkəmizi yüksəlişə aparacaq.

Professor-müəllim heyətindən ADAU-nun Ağsaqqallar Şurasının sədri, dosent Siyasət Məmmədov, İnformasiya texnologiyaları kafedrasının müdiri Zakir Hüseynov, İctimai fənlər kafedrasının baş müəllimi Türkan Əhmədova çıxışlarında Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdəki fəaliyyətindən, zəngin və şərəfli həyat yolundan, xilaskarlıq missiyasından, eləcə də dövlətçiliyimiz tarixində müstəsna xidmətlərindən söz açaraq vurğulayıblar ki, dahi şəxsiyyət xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycanın işıqlı sabahının etibarlı təməlini qoyub.

Sonda Mühəndislik fakültəsinin tələbələri Arifə İsmayılova və Leyla Həsənli Ulu Öndər Heydər Əliyev haqqında şeirlər səsləndirib və məruzələr ediblər.

Xəbər lenti