Logo

BANM və Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

13.05.2025 14:11 56 baxış
IMG

Vilnüs Texniki Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) səfərdə olub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Beynəlxalq Araşdırmalar Mərkəzinin baş meneceri Viktoriya Plyuşkene, Fundamental elmlər fakültəsinin dekanı prof. dr. Dalyus Majeyka və digər nümayəndələr öncə kampus turuna çıxaraq BANM-in tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.

Eləcə də BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova ilə keçirilən görüşdə universitetlər arasındakı qarşılıqlı əlaqələr barədə məlumatlar müzakirə edilib. Təhsil və tədqiqat sahələrində potensial əməkdaşlıq imkanları və gələcəkdəki birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti