Logo

Əli Əhmədov: Azərbaycanda istedadlı, müasir düşüncəli gənclər formalaşıb

13.05.2025 12:40 102 baxış
IMG

“Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər il ehtiramla yad edir. Heydər Əliyevin xatirəsinin anılması təkcə bir vəfa borcu deyil, eyni zamanda, xalqımızın milli yaddaşına və dövlətçilik dəyərlərinə bağlılığının ifadəsidir”. 

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Milli Məclisin sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov səsləndirib.

O bildirib ki, Azərbaycanın gələcəyinin təmin olunması üçün gənclərə göstərilən diqqət və qayğı Heydər Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda istedadlı, təşəbbüskar və müasir düşüncəli gənclər formalaşıb. Onlar yüksəkkeyfiyyətli təhsil alır, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər:

“Zaman sürətlə dəyişir. Bu günün və gələcəyin çağırışlarına cavab verə biləcək əsas amillər bilik, bacarıq, müasir texnologiyalara yiyələnmək qabiliyyətidir. Bütün bu meyarlar isə təhsilin və elmin cəmiyyətdəki rolunu getdikcə daha da artırır”. 

O əlavə edib ki, illər keçdikcə təhsil insanları daha çox düşündürən, cəmiyyətin diqqət mərkəzində olan əsas sahəyə çevriləcək. Tarix boyu insanlar daim elmə və biliyə can atıblar. Lakin bu gün insanlıq elə bir inkişaf mərhələsinə çatıb ki, yüksək biliklərə və müasir təhsilə sahib olmadan nə ölkənin bu gününü, nə də parlaq gələcəyini təmin etmək mümkündür.


 

Xəbər lenti