5-13 may tarixlərində Braziliyanın Belu-Orizonti şəhərində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO 2025) milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə verilən məlumata görə, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, liseyin XI sinif şagirdləri Nəzrin Həsənova və Ümid Mustafazadə isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 1998-ci ildən etibarən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 4 qızıl, 13 gümüş və 41 bürünc medal qazanıblar.