Logo

"Avroviziya"ya Fələstin bayrağı ilə girmək qadağan edildi

02.05.2024 22:18 192 baxış
IMG

Avropa Yayım Birliyi mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində qonaqların Fələstin bayrağı ilə buraxılmayacağını açıqlayıb.

Tehsil.biz xəbər verir ki, "İsveç Fələstin qrupu"ndan verilən açıqlamada İsrailin müsabiqədəki iştirakına Malmödə etiraz ediləcəyi bildirilib.

Açıqlamada “Soyqırımdan Azad Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norlinq şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini deyib.

Nümayişlər zamanı insidentlərin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norlinq Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini bildirib.

Xəbər lenti