Logo

Soydaşımız “Rusiya Federasiyasının əməkdar inşaatçısı” adına layiq görülüb - FOTO

29.03.2024 22:14 88 baxış
IMG

Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, Kazan Kremlində baş tutan tədbirdə Kazanda fəaliyyət göstərən “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev tikinti sahəsindəki xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə “Rusiya Federasiyasının əməkdar inşaatçısı” adına layiq görülüb.

Mərasimdə Tatarıstan Respublikasının Baş naziri Aleksey Pesoşın da iştirak edib. “Vicdanlı işinizə və fədakarlığınıza görə sizə təşəkkür etmək istəyirəm. Geosiyasi çətinliklərə baxmayaraq, Tatarıstan sakinlərinin əməyi respublikanın sosial-iqtisadi inkişafını təmin etməyə imkan verir”, - deyə Baş nazir vurğulayıb.

Xəbər lenti