Logo

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

25.04.2024 12:51 183 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Müharibədə ikili standartlar bədii ədəbiyyatın mövzusu kimi” sərlövhəli məqaləsi ingilis dilində Almaniyanın nüfuzlu elmi dərgisində (“Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft”) dərc edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalədə Ərəb Şərqində səngiməyən savaşları ərəb ədəbiyyatında mövzu olaraq ideya-məzmun baxımından araşdırılıb.

Tədqiqatçı çağdaş ədəbi əsərlərə əsaslanaraq bu müharibələrin arxasında ədalətdən, insan haqlarının qorunmasından danışan dünya nəhənglərinin durduğunu, xüsusən Ərəb Şərqində baş verən proseslərə ikili standartlardan yanaşıldığını vurğulayıb.

Xəbər lenti