Logo

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI

25.04.2024 13:22 174 baxış
IMG

"Yüksəliş" müsabiqəsinin onlayn mərhələnin "Ümumi biliklər imtahanı"nın nəticələri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, iştirakçılar şəxsi kabinetlərinə daxil olaraq hesabatlar bölməsində imtahanın nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak edən 9784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Bakalavriat dərəcəsi üzrə universitetlərə qəbul ballarına nəzər saldıqda 500 baldan yüksək toplayan namizədlərin üstünlük təşkil etdiyi müşahidə olunur.

Qeyd edək ki, 60 və daha yuxarı bal toplayan iştirakçılar onlayn mərhələni uğurla tamamlayaraq növbəti mərhələyə keçəcəklər.

Xəbər lenti