Logo

Azərbaycan alimlərinin amerikalı həmkarları ilə birlikdə məqaləsi nüfuzlu jurnalda dərc olunub

07.10.2020 17:02 446 baxış
IMG

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer fizikası bölməsinin alimləri, akademik Fəxrəddin Qədirov, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov, ABŞ-nın Miçiqan Universitetinin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Natan Niyemi və yer elmləri üzrə fəlsəfə doktoru Aleksandr Tayın həmmüəllifi olduğu “Kollizional orogeniz prosesin Böyük Qafqazın dağ ətəyi hövzəsində toplanan sirkon mənşəli qırıntılı çökmə süxurlardakı izləri” ("Sedimentary response to collisional orogeny recorded in detrital zircon provenance of Greater Caucasus foreland basin sediments”) adlı məqaləsi “Thomson Reuters” beynəlxalq bazasına daxil olan “Basin Research” jurnalında dərc edilib.

Miçiqan Universiteti ilə birlikdə yerinə yetirilən elmi tədqiqatların nəticəsi olaraq hazırlanan məqalədə Böyük Qafqazın dağ ətəyi hövzəsində toplanan qırıntılı çökmə süxurlardakı detrit sirkonun yaşlarının paylanma xarakteri təhlil olunub.

Detrit tektonik proseslərin xronologiyasını, paleo coğrafiyanın və denudasiya proseslərinin öyrənilməsi üçün unikal mənbədir. Məqalədə Qafqaz ərasizində detrit sirkon U-Pb-nin yaşı haqqında yeni məlumatlar əldə edilib və kolliziya strukturları ilə çöküntü əmələ gəlmə prosesi arasındakı korrelyasiyanın olduğu göstərilib. Müəyyən edilib ki, çöküntü əmələ gəlmə prosesi 15 - 8.5 il miladdan əvvəl başlayıb ki, bu yaşda subduksiya prosesinin başlanma tarixinə uyğundur.

Alınan nəticələr uzun müddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyən etmə və seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yarada və mövcud olan plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına səbəb ola bilər.

 

Xəbər lenti