Logo

Bişkekdə şagirdlərə mart soyqırımı haqqında məlumat verilib - FOTO

03.04.2023 11:07 247 baxış
IMG

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Azərbaycan Təhsil-Mədəniyyət Mərkəzində tədris olunan Azərbaycan dili dərsinin mövzusu 31 Mart – Azəraycanlıların Soyqırımı Gününə həsr edilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şagirdlərə 105 il öncə erməni və bolşevik silahlı dəstərələri tərəfindən Bakıda və ölkəmizin digər bölgələrində dinc azərbaycanlılara qarşı törədilmiş dəhşətli kütləvi qırğın barədə məlumat verilib. Xalqımızın başına gətirilən faciələrin unudulmamasının və soyqırımı qurbanlarının xatirəsinin hər zaman yad edilməsinin önəmi diqqətə çatdırılıb.

Sonra mart soyqırımından bəhs edən maarifləndirici video-çarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

Xəbər lenti