Logo

İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb

02.04.2023 10:27 256 baxış
IMG

İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, İran Təhsil Nazirliyinin Məktəbəqədər və İbtidai Məktəb Təhsili İdarəsinin rəisi Məhəmməd Məhəmmədi məsələ ilə bağlı deyib: “Ölkədə təhsildən uzaqlaşmış 175 574 uşaq var”.

Qeyd edək ki, təhsildən kənarda qalanlar 6-18 yaş arası olanlar, təhsilə ehtiyacı olmasına baxmayaraq, bir çox səbəblərdən heç bir pillədə təhsil almayanlardır.

Xəbər lenti