Logo

Bu məşhur mahnı hansı qadına həsr olunmuşdu? – İllərin mahnısı

13.08.2022 00:09 369 baxış
IMG

Kulis.az “İllərin mahnısı” layihəsindən “Qubanın ağ alması” xalq mahnısı haqda maraqlı faktları təqdim edir.

Azərbaycanın ən çox sevilən “Qubanın ağ alması” xalq mahnısının tarixçəsi bir çox xalq mahnılarımızda olduğu kimi dəqiq olmasa da, haqqında bir çox iddialar var.

***

Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud olsa da, əsas iki mövqe hakimdir. Onların bir qisminin fikrincə, "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf-müqabili seçə bilərdi.

İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını  satdı, oxuya-oxuya öldü –

***

İkinci fikirdə olanlar isə, mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar. Bəzi tədqiqatçıların fikrincə, "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində olarkən eşidir və eşitdiyi kimi də ifa edib. Başqa bir versiyaya görə isə, Cahan xanım üçün "Qubanın ağ alması" mahnısını akademik, cərrah və ictimai xadim olan Mustafa bəy Topçubaşovun həyat yoldaşı, əslən qubalı olan qızı, Azərbaycanın ilk rəssamı Reyhan Topçubaşova zümzümə edib. Həmin səs yazısı bu günə qədər gəlib çatmayıb. Bu hadisədən sonra mahnı Talışinskayanın ifasında yayılır.

İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını  satdı, oxuya-oxuya öldü – Əməkdar artistin faciəvi həyatı

***

Elə mahnılarımız var ki, onlar mündəricat cəhətdən həm kişi, həm də qadın müğənnilərimiz tərəfindən oxuna bilər. Çünki belə mahnıların yozum tərzi buna imkan verir. Belə mahnılardan biri olan “Qubanın ağ alması” xalq deyiminin də xalqımızın musiqili dünyasında özünəməxsus yeri və xanəsi vardır. Mahnının təbii axara qoşulan sözlərində gizli bir kövrəklik və ülvi bir dilək mövcuddur. Ürəkdən sevən aşiqmi, yoxsa məşuqmu yarından ayrı düşüb? O, xiffət içindədir. O, yarı ilə görüşəcəyi günü gözləyir və bunu arzulayır. Məlumdur ki, xalq mahnılarımızın heç də hamısının və bəlkə də, çoxunun sözlərindən onun hansı səmtə mənsub olduğunu müəyyən etmək çətin olur.

***

“Qubanın ağ alması” misrası isə bu xalq deyiminin ünvanını bütün nəsillərimiz üçün dəqiqləşdirməyə kömək etmişdi. Özünün ağ alması ilə az qala dünya şöhrəti qazanmış Quba rayonu ərazisində belə bir mahnının ərsəyə gəlməsi də tarixin bariz faktı sayılmalıdır. Qubanın ağ alması deyiləndə sarımtıl rəngli, qırmızı yanaqlı, xoş ətirli, yumşaq qabıqlı alma nəzərdə tutulur.

***

Qubanın ağ alması,

Yeməyə var alması

Yarım gələnə qalıb

Yaramın sağalması

Bəndindəki mənadan aydın olur ki, nə zamansa istəklisinin tezliklə geri dönməsini arzulayan sevdalı həmdəm, məhz onun Qubaya qayıdıb gəlməsini arzulayır.

***

“Qubanın ağ alması” Səxavət Məmmədovun ifasında daha da məşhurlaşır. Ondan sonra Fatma Mehrəliyeva, Könül Xasıyeva, Brilliant Dadaşova, Azərin və digər tanınmış müğənnilər də bu mahnıya müraciət edirlər.

Səxavət Məmmədov (xanəndə) — Vikipediya

***

Müğənni Fatma Mehrəliyeva orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası Üzeyir Hacıbəylinin diqqətini çəkir. Və elə bununla da, Fatma böyük bəstəkarın himayəsinə keçir.

Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı – Üzeyir  bəyin tələbəsinin ürək dağlayan sonu

Qubanın ağ alması,

Yeməyə var alması,

Yarım gələnə qalıb,

Yaramın sağalması.

II

Qubadan alma aldım,

Yarıma yola saldım.

Yarım gələnə kimi,

Heyva kimi saraldım.

Sevirəm, yar sevirəm.

Manolya Girişken - Iğdır'ın Al Alması - Son Dakika

***

Bir maraqlı faktı da nəzərinizə çatdıraq. Deməli, Türkiyədə keçirilən "O Səs Türkiyə" musiqi yarışmasının ikinci turunda iştirak edən Manolya Girişkenin ifasında "Iğdırın ağ alması" mahnısı səsləndirilmişdi. Sözləri türk dilinə uyğunlaşdırılmış mahnı ifadan əvvəl anonim kimi təqdim olunmuşdu. Hadisə ilə bağlı bir sıra azərbaycanlı bəstəkar və sənətkarlar musiqinin anonim kimi təqdim olunmasına öz etirazını bildirmişdilər.

Xəbər lenti