Logo

"Peşə təhsilinin inkişafı üçün tədqiqatlar aparılmalıdır" - TƏKLİF

30.05.2021 20:11 575 baxış
IMG

Avropa birliyinin ən güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərənin peşə təhsil modeli digər ölkələrin  modellərindən kəskin fərqlənir. Bu modellər Azərbaycan peşə təhsil sisteminə uyğunlaşdırılaraq tətbiq olunur. Dünya peşə təhsil modelləri əsasında formalaşan, inkişaf edən Azərbaycan peşə təhsil sistemində buna baxmayaraq bəzi məqamlarda problemlər meydana çıxır. Problemlərin kökü müxtəlif səbəblərə dayanır. Azərbaycanda peşə təhsilinin dünya peşə təhsilinə nümunə olması, gələcəkdə güclü peşə təhsil modelinə çevrilmək üçün qabaqcadan yarana biləcək problemlər proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır. Bir sözlə Azərbaycanda peşə təhsili tədqiqatçılar tərəfindən qiymətləndirməli və öz təkliflərini təqdim etməlidirlər.

 

Peşə ixtisaslarına marağın artırılması, peşə təhsilinin nüfuzunun bərpa edilməsi və peşə liseylərində (ümumilikdə peşə təhsil müəssisələri) təqdim edilən təhsilin keyfiyyətinin artırılması üçün araşdırmaların aparılması lazımdır. Xüsusilə tədqiqatların mərkəzində təhsilalanların maraq və fikirləri yer almalıdır. Belə halda asanlıqla buraxılan səhvləri və gələcəkdə yeni islahatların istiqamətini müəyyən etmək olar. Aparılması tövsiyyə olunan tədqiqat istiqamətləri aşağıda göstərilmişdir.

 

Psixoloji cəhətdən həssas olan təhsilalanların tədris prosesinə təsirinin qiymətləndirilməsi;

 

Psixoloji cəhətdən problemli təhsilalanlarda ixtisasa maraq artıran amillərin müəyyənləşdirilməsi;

 

Təhsilalanların akedemik göstəricilərinin İKT vasitələrindən asılılığının qiymətləndirilməsi;

 

Modul qruplarda tədris planlarının 3-illik və 2-illik ixtisas planları əsasında qiymətləndirilməsi;

 

İxtisas fənlərin tədrisində ənənəvi və interaktiv tədris metodikaların təhsilalanların akademik göstəricilərinə təsirinin qiymətləndirilməsi;

 

Tədqiqatın kiçik qrup formasında aparılması əldə olunan nəticələrin dəqiqliyin tam isbat olunmasında şübhə yarada bilər. Təklif olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu işə təşəbbüs göstərməsi ilə köklü tədqiqat aparılsın. Artıq bu halda əldə olunan nəticələrin dəqiqliyi yüksək olar. 

 

Qadir QAFAROV                                       

AzTU-nun “Mühəndis fizikası və Elektronika” 

kafedrasının müəllimi, TEC-in sədri,

 

Cəmilə ATAKİŞİYEVA

Sabirabad Peşə Liseyinin

Tarix müəllimi.

Xəbər lenti