"Gürcüstanda xeyli sayda Azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir".
TƏHSİL.BİZ "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstana səfər edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır:
"Soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində "1+4" (1 il dil öyrənmək, 4 il təhsil – red.) proqramı var. Bu proqramın faydası olub. Amma eyni zamanda həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması və ali təhsil müəssisələrinə qəbul əldə etmək üçün imkanları genişlənməlidir".