Logo

Prof.Mahirə Hüseynova Qərbi Azərbaycan İcması tərəfindən kecirilən III beynəlxalq konfransda iştirak edir

05.12.2025 14:16 55 baxış
IMG

TƏHSİL.BİZ xəbər verir ki,dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir.

Əvvəlcə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunacaq.

Tədbirdə “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar”, “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzularında panellər keçiriləcək.

Qeyd edək ki, 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər müzakirələrdə iştirak edir.

Xəbər lenti