Logo

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

25.06.2025 08:46 106 baxış
IMG

"Müəllimlik asan peşə deyil. Uşaqlarla, valideynlərlə, digər müəllimlərlə, məktəblə işləmək çətindir. Mənə görə müəllimin ən böyük motivasiyası oxuyan uşaqlardır. Çünki onlarla işləmək maraqlıdır. Amma müəllimin öhdəliyi həm də oxumayan uşaqlarla işləməkdir".

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

O bildirib ki, müəllimin ikinci motivasiya mənbəyi yəqin ki, maddi və qeyri-maddi həvəsləndirmədir. Biz indi onu etməyə çalışırıq.

"Sertifikatlaşdırmanın məqsədi məhz bundan ibarətdir. Biz düşünürük ki, 60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir. Gəlin 8 suala doğru cavab verənə müəllim deməyək.

Bizim onlarla hər hansı problemimiz yoxdur, sadəcə deyirik ki, siz müəllim deyilsiniz və sizinlə işləmək istəmirik.

Digər bir çətinlik odur ki, bizdə müəllimlik yarımştat işdir. Belə işləmək çətindir. Həmin şəxs məktəbə bağlı olmur. Bunu da dəyişməyə çalışırıq".

Xəbər lenti