Logo

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

29.03.2024 09:22 135 baxış
IMG

17 yaşlı vyetnamlı məktəbli Nguyen Khuang Duy SAT üzrə 1590/1600 bal toplayaraq dünyada ən yaxşı nəticəni göstərib.

Tehsil.biz Vyetnamın “VnExpress” informasiya portalına istinadla xəbər verir ki, imtahanının təşkilatçısı “College Board”ın məlumatına görə, Duyun əldə etdiyi nəticə dünyada SAT üzrə ən yaxşı nəticələrinin bir faizinə daxildir. Duy, həmçinin IELTS üzrə 8.0 bal toplayıb.

Vyetnam dahisinin ən böyük arzusu Hanoy Politexnik Universitetinə "İnformasiya texnologiyaları" ixtisası üzrə daxil olmaqdır.

SAT (Scholastic Aptitude Test) – iki sahədə – ingilis dili və riyaziyyatda abituriyentlərin ümumi təhsil səviyyəsini qiymətləndirən bakalavr proqramına Amerika kollec və universitetlərinə müraciət edənlər üçün qəbul imtahanıdır.

Xəbər lenti