Logo

Əlyazmalar İnstitutu Həmkarlar Təşkilatının hesabat seçki iclası keçirilib - FOTO

24.04.2024 23:39 168 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, institutun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova iştirak ediblər.

İclasa sədrlik edən elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfov iclasın gündəliyini elan etdikdən sonra Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Həmkarlar Təşkilatının seçildiyi ildən indiki vaxta kimi gördüyü işlər haqqında geniş və ətraflı məlumat verib. Samirə Əliyeva hesabatı qənaətbəxş hesab edilib.

Daha sonra Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən açıq səsvermə yolu ilə yekdilliklə seçiliblər. Samirə Əliyeva institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Daha sonra Əsmər Hümbətova (sədr müavini), Şəfa Vəliyeva, Nasim Məmmədov (nəzarət-təftiş komissiyasının katibi), Vüsalə Vəliyeva, Kifayət Hümmətova açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatına üzv seçiliblər.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırılıb. Direktor müavini filologiya elmləri doktoru dosent Əzizağa Nəcəfov Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti