Logo

Azərbaycanlı yeniyetmələr İT üzrə beynəlxalq olimpiadada finala vəsiqə qazandılar

20.11.2022 21:47 252 baxış
IMG

“Maestro School” uşaqlar və yeniyetmələr üçün peşəkar IT məktəbinin yetirmələri Rumıniyada təşkil olunmuş robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadada iştirak ediblər.

Buxarest şəhərində keçirilmiş olimpiadaya dünyanın müxtəlif ölkələrindən 800 iştirakçı qatılıb. Beynəlxalq səviyyədə təşkil olunmuş olimpiadada Azərbaycanı Maestro School”un dörd yetirməsi - Əli Matanov, Əziz Sultan, Yusif Ağayev, Tahsin Şaliyev və məktəbin iki müəllimi təmsil etmişdir.

Ölkəmizi az heyətlə  təmsil etmələrinə baxmayaraq  “Maestro School”un yetirmələri yarımfinala vəsiqə qazanmışlar.  Bununla da məktəblilərimiz 2024-cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək daha böyük miqyaslı beynəlxalq olimpiadaya vəsiqə qazanmış olurlar.

Məktəbin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Robochallenge” tətbiqi layihələrə həvəsli olan tələbələr və müasir texnologiyaları tətbiq etmək istəyən gənclər üçün nəzərdə tutulan robototexnika yarışmasıdır. Müsabiqə həm yeni başlayanlar, həm də mütəxəssislər üçün açıq olsa da, daha çox robototexnika həvəskarları üçün nəzərdə tutulub. “Robochallenge”, “ETTI ROBOCHALLENGE” komandası tərəfindən Elektronika fakültəsinin “Liga Studentilor Electronisti” ilə birgə təşkil etdiyi müsabiqədir. Bu beynəlxalq müsabiqə Buxarestin “Politehnica” Universitetinin Elektronika, Telekommunikasiya və İnformasiya Texnologiyaları fakültəsi tərəfindən keçirilir.

Məlumat üçün qeyd edək ki,  “Maestro School” 6 yaşdan 16 yaşa qədər olan uşaqlar üçün proqramlaşdırma və robottexnika məktəbidir və bu sahə ilə maraqlanan məktəbliləri  keyfiyyətli İT təhsil ilə təmin edir. Məktəbin əsas fəaliyyət istiqaməti “full stack” proqramçıların formalaşmasına yönəlib. Təlim sistemi davamlı olaraq inkişaf edən İT protokollarına uyğunlaşdırılır və ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası  tətbiq edir.  Burada  uşaqlar və yeniyetmələr üçün proqramlaşdırma, mobil proqram tərtibatçısı, Uİ&UX dizayn, robototexnika, VR/AR tərtibatı,  Bura Front - End, Back - End, SQL sahələri fəaliyyət göstərir.

Dilrubə SƏRDARQIZI

Xəbər lenti