"Peşə təhsili müəssisələrinin ən aktual problemi onun maddi texniki bazasının zəifliyidir".
Bu sözləri Tehsil.biz-ə açıqlamasında Peşə təhsili üzrə araşdırmaçı, yazar Qadir Qafarov deyib.
Onun sözlərinə görə, əgər həqiqətən peşə təhsil müəssisələrindən məzun olan tələbələrin əmək bazarında öz mövqeyni formalaşdırımasını istəyiriksə, peşə təhsil müəssisələrimizin maddi texniki bazasını yaxşılaşdırmalıyıq.
"Fərz edək ki, mən “Elektrotexnika” modulunu tədris edirəm. Hər hansı bir təlim nəticəsinin məzmunca izahatında sadəcə mücərrəd anlayışlara istinadən bu prosesi aparıram. İnanın, bu heç cür effekt vermir. Aparılan araşdırmalar da isbat edib ki, texnikiyönümlü fənnlərin tədrisində eksperimental tədqiqat metodunun tətbiqi tələbələrin akademik göstəricilərinə əsaslı şəkildə təsir göstərir. Bu məsələ təhsilalanlara təsir göstərdiyi kimi, eyni zamanda təhsilverənlərə də təsir göstərir".
Peşə təhsili üzrə araşdımaçı qeyd edir ki, müəllimlərimiz, istədikləri kimi tədrisi apara bilmir, tələbələrdə formalaşan praktiki sualları əyanı üsul vasitələrlə izah etməkdə çətinlik çəkirlər.
"Çıxış yolunu, ixtisasların bölüşdürülməsində həmin peşə təhsili müəssisəsinin mövcud imkanlarını nəzərə almaqda görürük",