Logo

Peşə təhsilindən ali təhsilə sistemsiz keçiddə məqsəd nədir?

16.10.2021 16:18 373 baxış
IMG

“Peşə məktəblərini bitirənlər universitetə daxil ola biləcəklər” başlıqlı xəbər saytlarında qeyd olunan xəbər ilə bağlı fikirlər söyləmək olduqca vacib bir məsələyə çevrilmişdir. Qeyd edildiyi kimi, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaraması artıq qanunda öz əksini taparmışdır. Belə olan halda bəzi suallar və mühakiməedici fikirlər formalaşır. 

Yüksək texniki peşə səviyyəsi üzrə təhsil alan şagirdlərə subbakalvr diplomunun verilməsi haqqında münasibətimizi bildirmişdik. Bu münasibətdə qeyd olunan problemlər hələ də hökm sürür. Yüksək texniki peşə səviyyəsi üzrə kadr hazırlığının astanasında yer almış peşə təhsil mərkəzlərimiz gözləntiləri qarşılamadığı məlum bir məsələdir. Yaxşı bir haldır ki, bəzi peşə təhsil müəssisələrinin güclü maddi-texniki bazasına malikdir, lakin bu yüksək keyfiyyətlərə malik kadrların hazırlanmasında kifayət etmir. 

“Müəllim, düşüncələrinin görüntüsü hər hansı bir tədris və təhsildə ən vacib şeydir. – Disterweg A.” aforizmi bəlkə də bizim səsləndirmək istəyib də səsləndirə bilmədiyimiz fikrimizi ifadə edir.  Bu ifadə özündə cavab axtarmağa çalışdığımız tənqidi özündə cəmləşdirir. Yəni, tədris və təhsildə pedaqoji texnologiyaların və ya maddi-texniki bazanın olması peşəkar insan kapitalın yetişdirilməsi üçün kifayət etmir. Problemin kökü peşə təlim və təhsil sisteminin aparıcıları sayılan istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinə qədər gedib çıxır.

Bəs, həmin şəxslər subbakalvr hazırlıq səviyyəsinə uyğundurmu? 

Subbaklavra qəbul mexanizmi DİM tərəfindən mərkəzləşmiş qayda da aparılır. Amma peşə təhsil müəssisələrində hər hansı bir kritik meyar əsasında seçim aparılmas mexanizmi mövcud deyildir. Sərbəst qaydada seçim aparılır. Digər bir əhəmiyyətli problem isə buradan qaynaqlanmaqdadır. Yaxşı bir hal olardı ki, Dövlət İmtahan Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən mərkəzləşdirilmiş qəbul imtahanı əsasında yüksək texniki peşə təhsilə qəbul həyata keçirilsin. Bəlkə, belə olan halda müsbət istiqamətdə dəyişiklik ola bilər. 

Peşə təhsilindən orta ixtisas təhsilə və oradan da ali təhsilə keçid ali təhsildə keyfiyyət probleminin yaşanmasına gətirib çıxaracaqdır. Bu keçidlər arasında tədris planlarında və səviyyələrində ciddi fərqlərin olması bir həqiqətdir. 

Bir sözlə, bu yüksək texniki peşə səviyyəsindən ali təhsil səviyyəsinə keçid üçün düzgün qurulmuş bir sistem olmadığını düşünürük. İstər qəbul qəbul mexanizmi, istərsə də tədris planlarındakı bilik və bacarıqları arasındakı səviyyə fərqləri, istərsə də ki təhsilverənlərin uyğunlaşma səviyyəsi bu keçid mexanizminin elementləri arasında boşluğun mövcudluğu nəticəsində keyfiyyətsiz təhsil imkanının yaranması istisna deyildir. 

Qadir QAFAROV 
Azərbaycan Texniki Universitetinin baş müəllimi, 
Peşə təhsili üzrə müstəqil tədqiqatçı

Xəbər lenti