Logo

Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib

26.12.2025 22:30 33 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Türkiyənin paytaxtı Ankarada İLESAM-ın əsas təşkilatçılığı ilə keçirilən “Türk dünyası elm və ədəbiyyat simpoziumu”nda iştirak edib.

İnstitutdan bildirilib ki, azərbaycanlı alim simpoziumun Türk dünyasında akademik iş birliyi ilə bağlı keçirilən panelində məruzə edib. Mehman Həsənli məruzəsində Türk dünyasının tarixi və müasir əsaslarının formalaşmasında ədəbiyyat faktorunun önəmindən bəhs edib.

Simpoziuma Türkiyənin ayrı-ayrı qurumlarının rəhbərləri, müxtəlif universitetlərinin elm adamları, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova (Qaqauz eli), Bosniya və Herseqovinadan olan alim və mütəxəssislər qatılıb. Dekabrın 24-25-də Türkiyənin Milli Kitabxanasında baş tutan simpoziumda beş paneldə ümumilikdə otuzdan artıq məruzə dinlənilib.

Xəbər lenti