“Kəlbəcər məktəbinin tikintisinə tam nəzarəti AzMİU-nun təxminən 25 yaşlı inşaat mühəndisi olan məzunu həyata keçirir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, məktəbin tikintisi kifayət qədər mürəkkəb, çətin şəraitdə aparılır:
“Çünki hələ Kəlbəcərdə, demək olar ki, heç bir struktur yox idi. Yəni çox çətin şəraitdə gənc yaşına baxmayaraq kifayət qədər böyük və gözəl bir məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Memarlıq və İnşaat Universitetinin məzunları olan gənc mühəndislər Qarabağ Universitetinin inşasında çox yaxından iştirak edirlər. O, cümlədən də Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycan memarlarının və inşaatçılarının və bu zalda oturmuş müəllimlərin yetişdirdiyi insanların çox böyük zəhməti və əməyi var. Əminəm ki, növbəti oniliklərdə də, növbəti yubileylərdə də Azərbaycan memarlarının və inşaatçılarının böyük zəfərinin nəticələrini bir yerdə qeyd edə biləcəyik”.