Logo

Çinli tələbələr Ədəbiyyat İnstitutunda olublar

17.12.2025 15:38 50 baxış
IMG

Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.

Bu barədə TƏHSİL.BİZ-ə Ədəbiyyat İnstitutundan məlumat verilib. Qeyd olunub ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli tələbələrə mühazirə deyib. O, Azərbaycan-Çin ədəbi əlaqələri, Orta Asiyada türk xalqlarının ədəbiyyatı haqqında ətraflı tələbələrə məlumat verib və onların suallarını cavablandırıb.

Daha sonra tələbələr Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə tanış olublar. Mərkəzdə tələbələr Çin dilinin tədrisi prosesini izləyiblər. Mərkəzin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova “Azərbaycan və Çin ədəbiyyatında ortaq arxetiplerin semantika və funksiyası” mövzusunda Pekin Xarici Dillər Universitetinin tələbələrinə mühazirə keçib.

Xəbər lenti