Logo

Lənkəranda yeni peşə təhsil mərkəzi açılacaq

17.12.2025 15:37 50 baxış
IMG

"Yaxın zamanlarda Lənkəranda müasir struktura malik yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur".

TƏHSİL.BİZ "Report"a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifələrini icra edən Simnar Mamedov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbir çərçivəsində "Aqrar sahəd dövlət qurumları arasında əməkdaşlıq imkanları" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, təhsil proqramlarının hazırlanmasından tutmuş regiondakı peşə təhsil müəssisələrinin fəaliyyətinə qədər Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq mümkündür:

"Qəbələ, Bərdə və Cəbrayıl peşə təhsil mərkəzləri buna nümunədir. Ümumilikdə mənzərəyə baxdıqda, Peşə Təhsili üzrə Dövlət Agentliyi kənd təsərrüfatı sahəsi ilə birbaşa və sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın istiqamətləri kifayət qədər genişdir".

S.Mamedov həmçinin bildirib ki, dünyada gedən proseslər kənd təsərrüfatı sahəsində kadrlara ehtiyacın getdikcə daha da artacağını göstərir: "Bu mənada qısamüddətli kadr hazırlığına çox böyük ehtiyac var".

Xəbər lenti