Logo

“Xarici dil öyrənmənin əhəmiyyəti və sürətli öyrənmə strategiyaları” mövzusunda seminar keçirilib

17.12.2025 13:56 35 baxış
IMG

Cəmşid Naxçivanski adına Hərbi Liseydə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova tərəfindən kursantlar üçün “Xarici dil öyrənmənin əhəmiyyəti və sürətli öyrənmə strategiyaları” mövzusunda interaktiv seminar keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, seminar liseyin metodist müəllimi Şəlalə Haqverdiyevanın dəvəti və koordinasiyası ilə baş tutub.

Tədbir zamanı xarici dillərin hərbi və peşəkar inkişafda rolu, beynəlxalq ünsiyyət bacarıqlarının əhəmiyyəti, eləcə də dil öyrənmə prosesini sürətləndirən effektiv strategiyalar barədə geniş məlumat verilib. Seminar interaktiv formatda təşkil olunub, kursantlar müzakirələrə cəlb edilib, praktiki tapşırıqlar və motivasiyaedici real həyat nümunələri təqdim edilib.

Seminar çərçivəsində kursantlar dil öyrənmədə yaddaşı gücləndirən üsullar, özünəinamı artıran yanaşmalar və gündəlik həyatla əlaqələndirilmiş öyrənmə metodları ilə tanış olub, mövzuya yüksək maraq göstəriblər.

Tədbirin sonunda kursantların sualları cavablandırılıb, seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və faydalı hesab edilib. Keçirilən seminar kursantların xarici dil biliklərinin və kommunikativ bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

 


Xəbər lenti