Logo

Qazaxda müəllimlər arasında intellektual bilik yarışı təşkil edilib

17.12.2025 12:26 41 baxış
IMG

Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilib.

TƏHSİL.BİZ xəbər verir ki, iyirmi komandanın iştirakı ilə keçirilən yarış 3 mərhələdən ibarət olub.

İştirakçılar “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdəki tarixi abidələr və suverenlik mövzularını əhatə edən 40 sualdan ibarət 3 mərhələdə biliklərini sınayıblar.

Bilik yarışının sonunda I yerə Səməd Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin “Qazax”, II yerə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin “Qarabağ”, III yerə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin “Qubadlı” komandaları layiq görülüb.

Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

 

 

Xəbər lenti