Logo

BDU ilə Malayziya İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

05.11.2025 11:07 62 baxış
IMG

Noyabrın 5-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Bakı Dövlət Universiteti (BDU) və Malayziyanın Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti (Asia Pacific University of Technology & Innovation – APU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu baradə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib.

BDU-nun rektoru Elçin Babayev və APU-nun prorektoru Ho Chin Kuan tərəfindən imzalanan sənəd universitetlər arasında elmi-tədqiqat, tədris, innovasiya, rəqəmsal transformasiya və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, ikili diplom proqramlarının hazırlanması, eləcə də birgə beynəlxalq seminar və konfransların keçirilməsi planlaşdırılır.

Tərəflər, həmçinin süni intellekt, kibertəhlükəsizlik, mühəndislik və informasiya texnologiyaları kimi prioritet sahələrdə birgə layihələrin icrasına maraq göstərdiklərini ifadə ediblər.

Bu əməkdaşlıq Bakı Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq coğrafiyasını Cənub-Şərqi Asiya regionu istiqamətində daha da genişləndirərək, innovasiya yönümlü akademik əməkdaşlığın inkişafına yeni imkanlar açacaq.

Xəbər lenti