Logo

BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 14:32 52 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) fizika müəllimliyi ixtisası üzrə məzunu Səliqə İsayeva Çin Xalq Respublikasının Hökumətlərarası Təqaüd Proqramı (TypeA) çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tam təqaüdlə Nanjing Elm və Texnologiya Universitetində materialşünaslıq və material mühəndisliyi ixtisası üzrə magistratura təhsilinə başlayacaq.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, Səliqə İsayeva 2020-ci ildə BMU-ya tam ingilisdilli fizika müəllimliyi ixtisası üzrə qəbul olub. Akademik göstəriciləri, elmə dərin marağı ilə seçilərək, 2024-cü ildə həm ixtisas birincisi, həm də fakültə üzrə birinci olaraq bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Elm və təhsildə davamlı inkişafı hədəfləyən gənc mütəxəssis beynəlxalq təcrübə qazanaraq material elmləri sahəsində müasir tədqiqatlar aparmaq, innovativ texnologiyalar və yeni həllər üzərində işləmək niyyətindədir. Səliqə İsayeva gələcəkdə əldə etdiyi bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkənin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

 

Xəbər lenti