Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş çərçivəsində səfir Lu Mey rektor Elmar Qasımovla görüşüb. Görüşdə tələbələrin Çində təhsil imkanları, təqaüd proqramları və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qəbul imtahanlarında yüksək nəticə göstərmiş və BANM-də təhsil almaq istəyən abituriyentlərlə də görüş keçirilib. Səfir Lu Mey abituriyentlərə uğurlar arzulayaraq, gələcəkdə Çində təhsil almaq imkanlarından bəhs edib.