18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Bakalavriat (IB) təşkilatının Baş direktoru Olli-Pekka Heinonen ilə ikitərəfli görüş keçirib.
TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə IB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.