Logo

SDU-da probasiya sahəsində görüş keçirilib

22.05.2025 11:55 59 baxış
IMG

“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 16-da Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə “Probasiya qeydiyyatında olan şəxslərə göstərilən sosial-psixoloji dəstək” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bildirilib ki, SDU-nun professor-müəllim heyətinin, sosial iş və psixologiya ixtisası üzrə təhsil alanların, Probasiya xidmətinin məsul şəxslərinin və əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə son dövrlərdə probasiya sahəsində həyata keçirilən islahatlar, o cümlədən sosial adaptasiya və reabilitasiya tədbirləri, ali təhsil müəssisələri, vətəndaş cəmiyyəti və dövlət qurumları ilə qurulan əməkdaşlıq və görülən işlər barədə ətraflı məlumat verilib.

Tədbirdə Probasiya xidmətində könüllü fəaliyyət göstərən sosial işçilər və psixoloqlar tərəfindən probasiya sahəsində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə aparılan işlər, o cümlədən məhkumlara göstərilən sosial və psixoloji xidmətlərlə bağlı təqdimatlar edilib.

Daha sonra SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov və Probasiya xidmətinin rəisi Vüqar Ağayev Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Memoranduma əsasən, universitet ilə xidmət arasında probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi, bu prosesə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

 

 

 

 


 

Xəbər lenti