Logo

AzTU-da CTF yarışı keçirilib

22.05.2025 11:13 50 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Kibertəhlükəsizlik kafedrası və “CyberDEV” kiberklubunun təşkilatçılığı ilə “Capture The Flag” (CTF) formatında kibertəhlükəsizlik yarışı keçirilib. Tədbirdə “İnformasiya təhlükəsizliyi” ixtisasında təhsil alan tələbələr iştirak ediblər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, məqsəd kibertəhlükəsizlik sahəsinə marağı olan tələbələr arasında praktiki bacarıqların inkişaf etdirilməsi, kritik düşüncə tərzinin və problem həlletmə qabiliyyətinin gücləndirilməsi və komanda şəklində işləmək bacarığının artırılması olub.

CTF yarışında iştirakçılar açıq mənbə kəşfiyyatı, tərsinə mühəndislik, rəqəmsal kriminalistika və kriptoanaliz alətlərinin praktiki tətbiqi kimi müxtəlif istiqamətlərdə tapşırıqları yerinə yetiriblər.

Belə yarışlar AzTU-da kibertəhlükəsizlik sahəsində xüsusi potensiallı gənclərin aşkara çıxarılması, daxili və xarici CTF yarşlarında universiteti layiqincə təmsil edəcək komandaların formalaşdırılması baxımından əhəmiyyətli rol oynayacaq.

Xəbər lenti